Главная Новости

Ingilis dili kurslari

Опубликовано: 05.08.2021

STİMUL ümumi ingilis dilini Beynəlxalq standartlar əsasında Ingilis dili kurslari öyrənmək istəyənləri, dil üzrə əsas bacarıqlarını, Danışıq, Dinləmə, Yazma və Oxuma, Qramatika və Söz Ehtiyyatını artırmağı (Reading, Writing, Listening, Speaking, Grammar, Vocabulary) hədəfləyən hər kəsi kurslarımızdan faydalanmağa dəvət edir.

Proqrama əsasən ingilis dili kurslarının tədrisi 3 fərqli paketlə, Standart, İntensiv və Tam intensiv formada həyata keçirilir. Standart paketdə həftədə 3 saat dərs (seçim əsasında həftədə 2 dəfə, hər dərs 1 saat yarım və ya həftədə 3 dəfə, hər dərs 1 saat), 2 saat Film saatı və əlavə olaraq 3 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.  İntensiv və Tam intensiv tədris zamanı həftəlik dərs saatları artırılır. Dərslər fərdi və ya qrupda olmaqla tədris olunur. 

Conversation Clubs

Səviyyələr üzrə Danışıq klubunun (Conversation Club) üstün cəhətləri:

  1. Hər Səviyyə üzrə fərqli günlər və saatlarda təşkil olunur (məqsəd yuxarı və aşağı dil biliyi olan tələbələr arasında kompleks yaratmamaqdır);
  2. 10 ildən çox iş təcrübəsi olan yerli moderatorlar və Avropalı könüllülər tərəfindən keçirilir;
  3. 14 yaşdan yuxarı arzu edən hər kəsə iştirak ödənişsizdir

Keçirilmə vaxtları:

  1. Şənbə günləri – Beginner və Elementary səviyyələri üzrə saat 11:00; Pre-Intermediate, Intermediate və Upper-Intermediate səviyyələri üzrə saat 13:00
  2. Bazar günləri – Pre-Intermediate və yuxarı səviyyələri üzrə saat 14:00;
  3. Çərşənbə günləri - Bütün səviyyələri üzrə saat 19:00.

Film günləri:

  1. Hər dərs günü dərsdən sonra film izləmə və filmin dizkusiya-müzakirəsi
rss